IBA2023 sərgi ziyarəti

"№1 Çörək Zavodu"nun rəhbər heyyəti 21-26 Oktyabr 2023-cü il tarixlərində Almaniya Respublikasının Münhen şəhərində keçirilən Çörəkçilik və Qənnadı sənayesi üzrə ixtisaslaşmış Beynəlxalq IBA2023 sərgisini ziyarət etmişdir.

Sərgi zamanı Çörəkçilik sənayesi üzrə müasir texnoloji yeniliklər ilə yaxından tanış olundu. Bir çox yeniliklərin şirkətimizə məxsus istehsal sahəsində tətbiq olunması barədə razılıqlar əldə olundu.