Müasir texnologiyadan istifadə və professional personalın işə cəlb edilməsi ilə biz yüksək keyfiyyətin saxlanılmasını zəmanət altına almışıq.
Un məmulatları steril şəraitdə, bütün gigiyenik normalara riayət olunaraq, insan əli toxunmadan tam avtomatlaşdırılmış müasir avadanlıqlarda istehsal olunur.
Un məmulatları müasir sobalarda bişdikdən sonra xüsusi soyutma avadanlığı vasitəsi ilə soyudulur. Bunun nəticəsində çörəyin nəmlik göstəriciləri qəbul edilmiş normalar çərçivəsində qalır. Bu da çörəyin tərkibində bakteriya inkişafının qarşısını alır.
Ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod dünyada ən ön sıralarda olan alman texnologiyası əsasında qurulub.
İstehsalat zamanı yüksək keyfiyyətli xammal və texnologiyadan istifadə olunmasına baxmayaraq, un məmulatlarının qiymətləndirilməsi zamanı əhalinin hər bir təbəqəsi nəzərə alınır.
Un məmulatlarının istehsalı zamanı gigiyenik normalara əməl edilməsi, sobalarda normalara uyğun bişirilməsi, paketlənməsi və qəbul edilmiş standartlara uyğun şəraitdə alıcıya çatdırılması insan sağlamlığı üçün vacib amillərdir.