Rəhbərliyin mesajı

№1 Çörək Zavodu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq 2012-ci ildə inşa olunmağa başlanmışdır. Zavodun açılışı 2013-cü ilin oktyabr ayının 18-də Prezident cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir.

Məqsədimiz istehlakçılarımızın sağlamlığını və məmnuniyyətini ön planda tutmaqla bazar liderliyini qorumaqdır.
İlkin Şabanov Direktor

Respublika əhəmiyyətli belə böyük müəssisələrin istifadəyə verilməsi ilk növbədə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır.

Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub.

№1 Çörək Zavodu, müasir və ən son texnologiyalara əsaslanaraq çörəyin bişirilmə üsullarında yüksək inkişafa nail olmuşdur. Keyfiyyətli xammal, istifadə olunan texniki avadanlıqların müasirliyi və xəmirin daha yaxşı mayalandırılma texnologiyası yüksək keyfiyyətli çörəyin istehsalına gətirib çıxarır. Paketləməyə xüsusi diqqət göstərilir ki, bunun sayəsində ekoloji və sağlam məhsul zavoddan süfrələrinizə gəlib çatır.