İnsan resursları

Uğurlarımızın səbəbi şirkətimizin inkişafına töhfə verən komandamızın üzvləridir. Biz əminik ki, əməkdaşlarımıza yatırılan investisiyalar nəticə əldə etməyimizin əsas amilidir. İnanırıq ki, komandamızın bacarıq və peşəkarlığının davamlı inkişafı ilə uzunmüddətli perspektivdə şirkətin böyüməsini təmin edə bilərik.

№1 Çörək Zavodunun əsas dəyəri qarşılıqlı əməkdaşlıqdır. Biz problemlərin həlli yollarını birlikdə tapmağın və hər bir komanda üzvünü yeni nəaliyyətlərə ruhlandırmağın tərəfdarıyıq. Çünki şirkətin əldə etdiyi uğurların arxasında onun güclü komandasının dayandığına inanırıq.

Sizə nə təklif edirik?

MARAQLI LAYİHƏLƏRDƏ İŞTİRAK
İnnovativ texnologiyalar və qabaqcıl həllər ilə işləyərək geniş təcrübə qazanacaqsınız
PEŞƏKAR KARYERA YÜKSƏLİŞİ
Peşəkar komandanın dəstəyi ilə təcrübə qazanaraq şirkətdaxili inkişaf perspektivlərindən yararlanacaqsınız
KORPORATİV MƏDƏNİYYƏT
Biz işçilər üçün rahat iş şəraiti yaradırıq, onların motivasiyası və ehtiyaclarına xüsusi diqqət yetiririk
MÜASİR YANAŞMA
Şirkətimizdə işçilərin təşəbbüsü qiymətləndirilir və onlara hər bir layihəyə töhfə vermək imkanı verilir

Komandamıza qoşul!