7/24 satış xidməti

№1 Çörək zavodu, müasir və ən son Alman texnologiyasına əsaslanaraq çörəyin bişirilmə üsullarında yüksək inkişafa nail olmuşdur. Keyfiyyətli yetişdirilmiş buğdadan əldə olunan xammal, istifadə olunan texniki avadanlıqların müasirliyi və xəmirin daha yaxşı mayalandırılma texnologiyası çörəyin yüksək keyfiyyətli istehsalına gətirib çıxarır. Paketləməyə xüsusi diqqət göstərilir ki, bunun sayəsində ekoloji və sağlam məhsul zavoddan süfrələrinizə gəlib çatır.

№1 Çörək Zavodunda istehsal edilən müxtəlif çörək və şirniyyat çeşidlərinin istehlakçılara hər zaman əl çatan olması məqsədi ilə zavod ərazisində yeni mağaza istifadəyə verilmişdir. 

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər 15a ünvanında yerləşən mağaza həftənin bütün günləri 24 saat müştərilərə xidmət göstərəcək.