Biz yeniləndik!

“Xəzri TN” MMC-yə məxsus ümumi sahəsi 3 hektara yaxın olan №1 Çörək Zavodun tikintisinə 2012-ci ildə başlanmışdır. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlara cavab verən zavodun açılışı 18 oktaybr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir.

Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın Werner & Pfleiderer şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur.

Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır.

Biz yeniləndik!



№1 Çörək Zavodu 10 yaşı münasibəti ilə rebrendinq etməklə özünün yeni loqosunu və qablaşma dizaynlarını təqdim etmişdir.  

Şirkət rebrendinq ilə yanaşı, korporativ idarəetmə sisteminin tətbiqi və yeni imicin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görməkdədir. Bu çərçivədə şirkətin yeni veb səhifəsi – www.n1chorek.az istifadəyə verilmişdir.