Yeni görünüşdə yeni çeşidlər

№1 Çörək Zavodu 10 yaşı münasibəti ilə rebrendinq etməklə özünün yeni loqosunu və qablaşma dizaynlarını təqdim etmişdir.  

Görülmüş işlər çərçivəsində yeni çörək çeşidlərinin istehsalına başladıq. Azərbaycan milli mətbəxində geniş istifadə olunan Zirə dadını çörək ilə birləşdirdik – Zirəli Baton çeşidimizi istehlakçılara təqdim etdik. Növbəti yeni çeşidimiz Extra baton isə səhər yeməklərinizə Extra dad qatacaqdır.