Tanınmış Çexiya avadanlıq istehsalçıları №1 Çörək Zavodunda

№1 Çörək Zavodu direktoru İlkin Şabanov və kommersiya departamenti direktoru Ramin Qasımovun iştirakı ilə Çexiya Respublikasından olan qonaqlarımızla çox maraqlı görüş keçirilmişdir. Tanınmış Çexiya avadanlıq istehsalçıları olan TOPOS a.s., J4 s.r.o., Kornfeil spol.s.r.o., Revent Praha s.r.o., LibereckéStrojírny s.r.o. və ASTRO, spol. s.r.o. şirkətləri ilə 2024-2025 ci illər üçün nəzərdə tutulmuş layihələr, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.

Görüşün təşkil olunmasında CzechEmbassy Azerbaijan-a, CzechTrade Bakı ofisinin direktoru c-b Antonin Marçikə, CzechTrade Bakı ofisinin direktor köməkçisi xanım Ülkər Mirzəzadəyə və CzechTrade Praqa ofisinin İxrac üzrə Məsləhətçisi xanım Jelínková Veronikaya təşəkkür edirik.