Könüllü qanvermə aksiyası

Bugün №1 Çörək Zavodunda "Uşaqlar Gülsün" MMC-nin xeyriyyə layihəsi çərçivəsində tanınmış cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyevanın xatirəsinə "Onkoloji və Talassemiya xəstəsi olan uşaqlar" üçün könüllü qanvermə aksiyası təşkil olunmuşdur. Aksiyada iştirak etmək üçün №1 Çörək Zavodu ailəsi yüksək fəallıq göstərmişdir.

Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülməsinə icazə verilmişdir.